Tanınmış aktrisa ikinci dəfə ana olacaq

2 Avqust 2013 17:30
Tanınmış Hollivud ulduzu Meqan Foks və həyat yoldaşı Brayn Ostin Qrin ikinci övladlarını gösləyirlər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı cütlüyün rəsmi nümayəndəsi də təsdiq edib.

"Mən təsdiq edə bilərəm ki, Meqan, doğrudan da, hamilədir. Onlar yeni övlad gözləyirlər", - o qeyd edib.

Aktrisanın hamiləliyin hansı ayında olduğu barədə məlumat verilmir.

Milli.Az