Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkel və Fransa Baş naziri Jean-Marc Ayrault ilə telefonda görüş keçirib.
Ərdoğan onlarla görüşlərdə, Suriya və Misir hadisələri başda olmaqla bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi edib.
Suriyadakı vəziyyətin pisləşməsi qarşısında beynəlxalq ictimaiyyətin öhdəsinə düşəni etməsi və Misirdə demokratiyaya tezliklə qayıdılmasının vacibliyi dilə gətirilib.
Baş nazir Ərdoğan hər iki dövlət xadiminə Məhəmməd Mursi və digər siyasi dustaqların tezliklə azadlığa buraxılmasının və seçkinin adil aparılacağı haqda zəmanət verilməsinin önəmini vurğulayıb.
Ərdoğan və Merkel sentyabr ayında St.Peterburqda təşkil olunacaq Böyük 20-lər zirvəsi əsnasında bu mövzuların təfərrüatlı şəkildə müzakirə edilməsi haqda yekdil olublar.
Milli.Az