130 dollara smartfon satılacaq

2 Avqust 2013 23:53
Xiaomi şirkəti Red Rice smartfonunu təqdim edib. 312 ppi piksel sıxlığına malik 4.7 düymlük HD formatlı ekranla təchiz edilmiş aparatın satışlarına avqustun 12-də başlanılacaq. Büdcəyə uyğun iPhone smartfonunun rəqibi adlandırılmış Xiomi şirkətinin yeni cihazı 1,5 QHs takt tezlikli dördnüvəli MT6589T prosessoru ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 1 QB əməli və 4 QB daxili yaddaş, 8 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kamera ilə təchiz edilib və iki SİM kartla iş rejimini dəstəkləyir. Akkumulyatorun tutumu 2000 milliamper/saat təşkil edir. Aparat Android 4.2 Jelly Bean ilə işləyir.

Milli.Az