Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin birinci rübündə Sony şirkətinin mədaxili 17,3 milyard dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9% azdır. Bu halda şirkətin mədaxili yapon yeni ilə götürüldükdə 13% artıb. Bu, yenin məzənnəsinin dollara nisbətdə azalması ilə izah olunur.
Sony Corporation - qərargahı Yaponiyada yerləşir, ev və peşəkar elektronika, oyun konsolları və başqa yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğul olur.
Milli.Az