Android gəlirlidir, ya App Store?

2 Avqust 2013 22:54
App Annie analitik şirkətinin məlumatına görə, 2013-cü ilin ikinci rübündə Google Play tətbiq internet mağazası ilk dəfə olaraq proqramların yüklənmə sayına görə App Store-ni ötüb. Aprel-iyun aylarında Android mobil əməliyyat sistemi ilə işləyən qurğuların sahibləri internet mağazadan iOS əsaslı cihazların sahibləri ilə müqayisədə 10% daha çox tətbiq yükləyiblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bununla belə, App Store internet mağazası rəqibindən 2,3 dəfə daha gəlirlidir. iPad və iPhone üçün proqramları ABŞ, Çin, Yaponiya, Böyük Britaniya və rusiyalı istifadəçilər daha çox yükləyirlər. Google Play internet mağazasında ilk beşlik (ABŞ, Cənubi Koreya, Hindistan, Rusiya və Braziliya) fərqlidir.

Milli.Az