2013-cü il iyunun 18-də elan edilib. Qalınlığı 6.18 millimetr təşkil edir. Hələ ki satışa çıxarılmayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 4,7 düymlük diaqonallı ekran HD (1280×720 nöqtə) təsvir ölçüsünə malikdir. Smartfon 1,5 QHs takt tezlikli dördnüvəli K3V2E prosessoru, 2 QB əməli yaddaşla təchiz edilib.
Alcatel One Touch Idol Ultra 6033
2013-cü il yanvarın 7-də təqdim edilib. Qalınlığı 6.45 mm təşkil edir.
Huawei Ascend P6 smartfonunda olduğu kimi, ekran eyni ölçü və diaqonala malikdir. Aparat 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 1 QB əməli yaddaşla təchiz olunub. Əsas kamera 8, ön kamera isə 1.3 meqapiksellik təsvir ölçüsünə malikdir.
BBK Vivo X1
2012-ci il noyabrın 23-də təqdim edilib. Qalınlığı 6.55 mm təşkil edir.
Vivo X1 smartfonunun ekranının ölçüsü əvvəlki iki smartfonla eynidir, lakin təsvir ölçüsü (960×540 nöqtə) aşağıdır. Prosessor, yaddaş və əsas kameranın parametrləri Alcatel One Touch Idol Ultra 6033 smartfonu ilə uyğundur, ön kameranın təsvir ölçüsü iki meqapikselə bərabərdir.
Oppo Finder X907
2012-ci il noyabrın 27-də təqdim edilib, qalınlığı 6.65 mm təşkil edir. Çin hazırlamasıdır.
4,3 düymlük ekranın təsvir ölçüsü 800×480 nöqtəyə bərabərdir və Super AMOLED texnologiyası üzrə hazırlanıb. Qurğu Qualcomm şirkətinin 1,5 QHs takt tezlikli ikinüvəli prosessoru ilə işləyir və 1 QB əməli yaddaşa malikdir. Ön kamera 1,3 meqapiksellik, əsas kamera isə 8 meqapiksellik təsvir ölçüsünə malikdir.
Huawei Ascend P1 S
2012-ci il yanvarın 9-da təqdim edilib, qalınlığı 6.68 mm təşkil edir. Xüsusiyyətləri Ascend P6 ilə müqayisədə zəifdir.
Huawei Ascend P1 S smartfonu 960×540 nöqtə təsvir ölçülü 4,3 düymlük ekran, 1,5 QHs ikinüvəli prosessor və 1 QB əməli yaddaşla təchiz olunub. Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 1,3 meqapiksel olub.
Milli.Az