Samsung iPad-ı yeniləyəcək

2 Avqust 2013 20:56
The Wall Street Journal etibarlı mənbələrə istinadən yazır ki, Apple şirkətinin kontragentləri 2013-cü ilin dördüncü rübündə iPad mini planşet kompüterlərinin ikinci nəslinin istehsalına başlamağa hazırlaşırlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni modeldə həyata keçiriləcək əsas dəyişikliklərdən biri yüksək təsvir ölçüsünə malik Retina ekran olacaq. Cənubi Koreyanın Samsung Electronics şirkəti sözügedən ekranın istehsalçısıdır. Bu fakt Amerika şirkətinin rəqibinin asılılığından qurtulmaqda acizliyini göstərir.

Apple şirkəti üçün Retina displeyləri Samsung şirkətindən başqa, Yaponiyanın Sharp və Cənubi Koreyanın LG Display korporasiyaları istehsal edəcəklər.

Milli.Az