Milli.Az ICTnews-a istinadən bildirir ki, iyun ayında spamerlər məhsul və xidmət reklamlarına daha çox üstünlük veriblər, çünki yay aylarında onlara tələbat kəskin artır.
İyun ayının yekununa görə, spam göndərilməsi üzrə üç əsas ölkənin mövqeyi dəyişməz olaraq qalıb. Bununla belə, üç ölkənin hər birindən göndərilən spamın payı artıb. Göndərilən spam məktublarının sayına görə Çin lider mövqedə qərarlaşıb, onun payı 23,9% təşkil edir ki, bu da ötən ayın göstəricisini 2,5% ötür. ABŞ ikinci, Cənubi Koreya üçüncü yerdə qərarlaşıb.
Milli.Az