Milli.Az ICTnews-a istinadən bildirir ki, Triaxes və Elecard şirkətləri İtaliyanın Sisvel Technology şirkəti ilə birlikdə 3D Tile formatı üzərində işləyirlər ki, onun yeni nəsil 3D televiziyası ilə (eynəksiz 3D) uyğunlaşmasına nail olsunlar.
Eynəksiz 3D nümayiş texnologiyasının yaradılması üzərində işləyən Triaxes Vision, 3D Tile formatına (Z) dərinlik kartını əlavə edib. O, rəng və ya parlaqlığa oxşar məlumatlardan ibarətdir. 3DZ Tile formatında video yaratmaq imkanı artıq Triaxes DepthGate şirkətinin proqram məhsulunda və televiziya yayımı üçün proqramlarda mövcuddur.
Tərtib edilən format universaldır və onu, bütün tip televizorlarda baxmaq mümkün olan, bir televiziya kanalının yayımı üçün istifadə etmək olar. Biz öz növbəmizdə proqram təminatına və formatın texniki inkişafına cavabdehik, - deyə Triaxesin baş direktoru Aleksey Polyakov bildirib.
Triaxes və Elecardın adından iki yeni proqrama Rusiyada patent sorğuları təqdim edilib və Sisvel Technology şirkəti ilə birgə beynəlxalq patentləşdirmə işləri aparılır. Formatın növbəti versiyalarını da gələcəkdə beynəlxalq standarta daxil etmək planlaşdırılır.
Milli.Az