Ermənilər dinc azərbaycanlıları güllələdilər - YENİLƏNİB - VİDEO

2 Avqust 2013 17:33

Gölə çimməyə gedən 27 yaşlı gənc düşmən qüvvələri tərəfindən güllələndi


15:29

Milli.Az Türkel TV-yə istinadən bildirir ki, hadisə ötən gün saat 16 radələrində baş verib. "Qazel" markalı yük avtomaşını Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Hadisə zamanı sürücü xəsarət almasa da, onun sərnişini Ağköynək kənd sakini 27 yaşlı İqbal Hüseynov belindən güllə yarası alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, hadisə İqbal Hüseynov Ermənistanla sərhəddə yerləşən Abbasbəyli kəndindəki gölün yaxınlığında çimməyə gedərkən baş verib. O, kənddən qayıdarkən "Qazel" markalı avtomaşın qəflətən düşmən tərəfindən gülləbaran edilib.
Qeyd edək ki, adıçəkilən göl düşmən mövqelərinin yaxınlığında yerləşir və bu ərazidə erməni tərəfi mütəmadi olaraq atəşkəsi pozur.

Milli.Az


--------
17:33