Ezo haqda daha bir necə fakt üzə çıxdı - VİDEO
2 Avqust 2013 16:55
Milli.Az show.az-a istinadən Ezo haqqında daha bir faktı üzə çıxarıb. Əsl adı Səadət olan azərbaycanlı qızın Rafetdən əvvəl Türkiyənin bir sıra sənətçiləri ilə əlaqədə olduğu məlum olub.
Məsələn, onun Gökhan Güneşlə 2010-cu ildə "Əmanət" adlı mahnını ifa etməsi xeyli marağa səbəb olmuşdu. "Youtube"da yerləşdirildiyi andan xeyli baxış sayı toplayan ifa dinləyicilər tərəfindən yaxşı qarşılanıb.
Bundan əlavə, Ezonun Türkiyədə keçirilən "Müzik benim hayatım" yarışmasında uğurlu iştirakını da qeyd etmək lazımdır. Elə bu zamandan Səadət Rafetin diqqətini cəlb etmişdi.
Yarışmada iştirakı zamanı onun söylədiyi sözlər də marağa səbəb olub:"2008-ci ildə Bakıda verdiyi konsert zamanı 5000 insanın qarşısında Tarkanla eyni səhnədə olmaq mənim üçün ən böyük xoşbəxtik və uğur oldu".
"Musiqi mənim həyatımdır" söyləyən 19 yaşlı Ezo azərbaycanlı olduğunu hər zaman hər yerdə fəxrlə söyləyir.
Milli.Az