Castin Biberdən sonra Aygün Kazımova ilə... - FOTO

2 Avqust 2013 15:38

Xalq artisti türk mediasının diqqət mərkəzindədir

Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Aygün Kazımovanın məşhur amerikalı reper Snoop Doggla "Coffee from Colombia" duetinə çəkilmiş klipi ilə bağlı xəbərlər  türk mediasının gündəmindən düşmür.

Türkiyənin nüfuzlu "Sabah", "Günaydın" qəzetləri indi də Aygün xanımın xoreoqrafından yazırlar:

"Bu klip tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanır.

Kazımova "Coffee from Colombia" mahnısının klipi üçün Castin Biber, Rihanna, FergieMeray Keri kimi ulduzların xoreoqrafı kimi tanınan Hamza HaimamiBeyonsun saç və makiyaj komandası ilə çalışdı".

Ötən ay xalq artistinin Murat Yeter orkestri ilə verdiyi yay konserti də qardaş ölkə mediasında işıqlandırılır.

İki gün öncə TRT Müzik kanalında geniş reportaj tamaşaçılara təqdim olunub.


Qeyd edək ki, Youtube kanalında "Coffee from Colombia" klipini izləyənlərin sayı 163 minə yaxınlaşır.
 

Şahin Cavadsoy

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.