Azərbaycanda prezident seçkisi üçün rəsmi təbliğatın başlanacağı gün elan edildi
2 Avqust 2013 14:44
Azərbaycanda keçiriləcək prezident seçkisi gününə 23 gün qalmış rəsmi təbliğata başlanılacaq.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən iclasında təsdiq olunan Təqvim Planında qeyd olunub.
Qurumun katibi Arifə Muxtarova bildirib ki, seçki günü ilə bağlı qərar dərc olunduğu gündən etibarən prezidentliyə namizədliyin irəli sürülməsinə başlanılır və vətəndaş namizədliyini irəli sürüb imza vərəqələrini götürmək üçün MSK-ya müraciət etmək hüququna malikdir.
Qeyd edək ki, MSK bu gün keçirilən iclasında prezident seçkisinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.
Milli.Az