Azərbaycanlı milyarderin klubunda 1 milyon xərcləndi
2 Avqust 2013 14:53
Azərbaycanlı iş adamı Mübariz Mənsimovun Bodrumda yerləşən "Billionaire club"unda ötən gün möhtəşəm ad günü keçirilib
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, özbəkistanlı bir iş adamının təşkil etdiyi gecədə 1 milyon lirə xərclənib.
Heç bir lüks amilin əskik olmadığı partiyə 60 insan qatılıb.
Onlar arasında Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın imkanlı şəxsləri yer alıb. Varlı iş adamı gecədən fotoların mediaya yayılmaması üçün ətrafı mühafizəçilərlə doldurub.
Milli.Az