Turist yaxtasından yarım ton narkotik çıxdı

2 Avqust 2013 16:27
İspaniya polisi Kanar adalarının yaxınlığında yaxtadan 500 kq kokain aşkar edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, gəmidə silah, 135 min avro dəyərində zinət əşyaları və 40 min avro məbləğində nağd pul da olub. Bütün bu əşyaların sahibi olan cinayətkarlar artıq saxlanılıblar.

Əməliyyat zamanı polis beş nəfəri saxlayıb. Onlardan ikisi ispan, biri irlandiyalır, biri amerikalı, biri isə avstraliyalıdır. Onlar narkotiki Cənubi Amerikadan Kabo-Verdeyə aparırdılar.

Milli.Az