İqtisadi inkişaf naziri Lerikdə vətəndaşları qəbul etdi

2 Avqust 2013 16:25
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, İqtisadi inkişaf naziri Şahin Mustafayev
Lerikdə vətəndaşları qəbul edib. Lerik Rayon Mədəniyyət evində baş tutan qəbulda Leriklə yanaşı, Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşlar da iştirak edirdi.

Görüş səhər saat 10-da başladı. Qəbula gələnlərin qeydiyyatı bir neçə gün əvvəldən başlasa da, bu gün də müraciət edənlər çoxluq təşkil edirdi. Müraciətlər, əsasən, güzəştli kreditin alınması və işsizlik məsələləri ilə bağlı idi. Bütün müraciətlər dinlənildi və yerinə yetirilməsi ilə bağlı müvafiq tabeli qurumlara tapşırıqlar verildi. Hazırkı vaxta qədər 70-dən çox vətəndaş qeydə alınıb. Qəbul axşam saatlarına kimi davam edəcək.

Milli.Az