Bir ay ərzində Tovuzda 8 nəfər qarpızdan zəhərlənib - VİDEO

2 Avqust 2013 14:38
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, yay fəslinin əsas problemlərindən biri, bəlkə də, elə birincisi qida zəhərlənmələridir.

Çox vaxt insanlar bu problemlə öz diqqətsizlikləri ucbatından üzləşirlər. Elə bunun nəticəsidir ki, Tovuz rayonunda son bir ayda 8 nəfər qarpızdan zəhərlənmə diaqnozu ilə Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilənlər arasında 3 yaşlı Rəqsanə Məmmədova da var ki, onun da qarpız yedikdən sonra səhhətində problemləri yaranıb.

Bəs bu cür halların baş verməməsi üçün nəyə diqqət etmək vacibdir? Bax bunu şəhər sakinlərindən öyrənməyə çalışdıq. Mütəxəssislər isə zəhərlənmədən qorunmaq üçün  qidaların keyfiyyətinə, yeniliyinə əmin olmağı, bundan sonra onlardan istifadə etməyi tövsiyyə etdilər. Sonda belə nəticəyə gəlinir ki, yay fəslində qida zəhərlənmələrindən qurtulmaq məhz insanların öz əllərindədir.

Əgər keyfiyyətsiz məhsullardan istifadə edilməzsə, bu cür hallar da baş verməz.

Milli.Az