İdmançı qızlar Obamaya "buynuz" qoydular - FOTO
2 Avqust 2013 15:03
Sportliqa.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, basketbolçu qızlar ABŞ prezidenti Barak Obama ilə zarafat ediblər.
Bu, Konnektikut Qadın Basketbol Komandasının oyunçularının Ağ Evi ziyarəti zamanı baş verib.
Belə ki, basketbolçu qızlardan ikisi Obama ilə fotoşəkil çəkdirərkən ona "buynuz" qoyublar.
Stefani Dolson və Kia Stok adlı basketbolçular daha sonra həmin fotonu "Twitter" sosial şəbəkəsində paylaşıblar. Qızlar zarafatın bir anda ortaya çıxdığını, daha öncədən belə bir şey planlamadıqlarını açıqlayıblar. Onlar Obama ilə keçirdikləri vaxtın möhtəşəm olduğunu vurğulayıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

