"Apple" üçün pul ödədi, alma sırıdılar

2 Avqust 2013 16:05
İnternetdə "Apple" (tərcümədə - alma) şirkətinin məhsulu olan iPhone almaq istəyib, ancaq ümidləri puç olub.

Avstraliyanın Brisben şəhərinin sakini olan 21 yaşlı qız şəbəkədə iPhone almaq istədiyi barədə elan yerləşdirib. Tezliklə bir qadın ona zəng vuraraq iki dənə "alma"sı olduğunu və istəsə, onları sata biləcəyini deyib. Alıcı və satıcı restoranda görüşüblər. Alıcı qız 1500 dollar ödəyib və əvəzində iki ədəd smartfon qutusunu götürüb. Amma həmin vaxt qutunu açıb içində nə olduğuna baxmaq ağlına gəlməyib.

Evdə iPhone-nun qutularını açanda görüb ki, onların hərəsində bir ədəd yaşıl alma var.

Milli.Az