Tanınmış aktrisa ancaq kələm yeyir - FOTO

2 Avqust 2013 16:02
Amerikalı aktrisa, Hollivud ulduzu Cennifer Eniston ağır pəhriz saxlayaraq arıqlayıb.

O, izafi çəkilərdən qurtulmağa çalışdığını deyib.

Milli.Az ABC-yə istinadən bildirir ki, 44 yaşlı Eniston yeni filmdə striptizçi qadın rolunu oynadığı üçün arıqlamaq və bədənini "norma"ya salmaq məcburiyyətində qaldığını deyib.

Eniston "We're The Millers" filminin çəkilişlərindədir.

Çəkiliş günlərində yalnız kələm yarpağı ilə qidalandığını deyən Eniston bildirib: "Təbii, göyərti, tərəvəz, zülal da yeyirəm. Amma sürətlə arıqlamaq istəyəndə yalnız kələm yeyirəm".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: ABC