O da ümidsiz ev qadını oldu

2 Avqust 2013 14:32
Türkiyənin FOX TV telekanalında nümayiş olunan "Umutsuz ev kadınları" serialında yenilik var.

Milli.Az AHT-yə istinadən bildirir ki, yeni mövsümdən etibarən tanınmış aktrisa Deniz Uğur serialın çəkilişlərinə qatılacaq.

D.Uğur "Adını Feriha koydum" serialındakı rolundan sonra daha da populyarlaşmışdı.

Songül Öden, Bennu Yıldırımlar, Ceyda Düvenci, Özge Özder və Serhat Tutumluerin baş rollarda oynadıqları "Umutsuz ev kadınları"nın ssenarisində də dəyişikliklər olacaq.

Belə ki, D.Uğur serialda Zelişi boşamış Kudrete ərə gedəcək Gülşah rolunu oynayacaq.

Milli.Az