Yenicə toy edən müğənnimiz təzə aldığı evə koçüb
2 Avqust 2013 14:05
Müğənni Vasif Məhərrəmli özünə yeni ev alıb
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda qonaq olduğu ATV telekanalında yayımlanan "Gün keçir" verilişində deyib. O, yeni ailəsi ilə təzə evində yaşamağa başladığını bildirib:
"Həyatım çox xoşbəxt davam edir. Yeni ailə, yeni ev... Hər şey yolunda gedir. İnanclara fikir verən insanam. Ona görə də toydan sonra həyatımda hər şeyi dəyişdim. Yeni mənzilimə köhnə evimdən bir iynə belə aparmadım".
Qızı Əfşandan danışan Vasif Məhərrəmli onun bu yaxınlarda bərk xəstələndiyini deyib:
"Bu yaxınlarda rayona istirahətə getmişdik. Qızım bərk xəstələndi, hamımızı çox qorxutdu. Şükür ki, indi yaxşıdır. Xalq artisti Faiq Ağayevin mənə dediyi bir sözü heç vaxt unutmuram: "Allah səniƏfşanla, Əfşanı da sənlə imtahana çəkməsin". Qızım həyatımda ən dəyərli varlıqdır. Hər dəfə dua edəndə bu sözü təkrarlayıram. Mən Əfşansız, o da mənsiz heç kimdir".
Milli.Az