"Özünədəstək" layihəsi üzrə yekun monitorinq keçiriləcək

2 Avqust 2013 15:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sınaq işləri aparılan "Özünədəstək" proqramı çərçivəsində ailələrin sosial reabilitasiya olunması üzrə yekun monitorinq 2013-cü il avqustun sonlarında keçiriləcək.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Monitorinqin nəticələri əsasında proqramın iştirakçısı olan ailələr arasında tam reablitasiya göstəricisi müəyyən ediləcək.

Xatırladaq ki, 2011-ci ilin martından bəri ötən dövrdə 13 rayon və şəhər üzrə ünvanlı sosial yardım alan ailələrdən müvafiq potensiallara malik 271 ailə seçilərək "Özünədəstək" pilot proqramına cəlb olunub. Onlardan 230-a kənd təsərrüfatı sahələri üzrə şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək, 41-nə əmtəə və xidmətlər istehsalı üzrə fəaliyyət göstərmək üçün birdəfəlik maddi ünvanlı yardım olaraq mal və materiallar alınıb verilib.

Onu da bildirək ki, qeyd olunan ailələrdən 111 ailə üzrə artıq proqram başa çatıb və onlardan 92 faizi gəlirlərində artım olması səbəbindən reabilitasiya olunub.

Milli.Az