Memati ilə qaçaq düşənlər bilindi

2 Avqust 2013 13:24
Türkiyənin ATV telekanalında payızda nümayiş olunmağa başlayacaq "Kaçak" teleserialının aktyor heyəti bəlli olub.

Milli.Az AHT-yə istinadən bildirir ki, "Süreç Film" studiyasının çəkdiyi, sabiq polis zabiti ilə mafiyanın qarşıdurmasından bəhs edən serialda baş rolda "Kurtlar Vadisi"ndəki Memati Baş rolu ilə məhşurlaşmış Gürkan Uyğun çəkilir.

Onun tərəf-müqabilləri arasında Özlem Yılmaz, Begüm Birgören, Berk Hakman, Mustafa Avkıran, Hasan Küçükçetin İnanc Konuk kimi aktyorlar var.

Milli.Az