Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl "Gefle" ilə oyundan sonra deyib.
Klub prezidenti "Qarabağ"ın növbəti mərhələyə yüksələcəyinə inandığını bildirib: ""Qarabağ"ın gənc və çoxlu azarkeşləri var. Bu oyunda onların komandanı dəstəkləmələri gözəl idi. İnanıram ki, komanda Avroliqada növbəti mərhələyə adlayacaq. "Gefle" ilə oyunda "Qarabağ"ın böyük üstünlüyünü gördük və bu bizə növbəti mərhələyə yüksəlməyə imkan verəcək. "Qarabağ" daha güclüdür".
"Qarabağ"ın yeni oyunçular transfer edəcəyi ilə bağlı sualı cavablandıran Gözəl belə deyib: "Baş məşqçi Qurban Qurbanov bizim fəlsəfəmizi yaxşı bilir. O, çox konkret və açıq danışan biridir. Əgər baş məşqçi buna ehtiyac duysa, transferlər olacaq. Komandanın böyük planları var. Gələcəkdə stadion inşa etməyi planlaşdırırıq".
Milli.Az