"Gefle"nin qapıçısı: "0:1 hesablı məğlubiyyətə görə şükür eləməliyik"
2 Avqust 2013 13:04
"Qapımız önündə yaranan qol imkanlarını nəzərə alsaq, 0:1 hesablı məğlubiyyətə görə şükür eləməliyik. Biz Bakıda gözlədiyimizdən də qat-qat aşağı səviyyədə oynadıq". Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçin "Gefle" klubunun futbolçusu Matias Huqosson deyib.
39 yaşlı təcrübəli qapıçı Avropa Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la oyununun (0:1) qəhrəmanlarından biri olub. Oyunboyu müdafiə olunan komandasının birdən artıq top buraxmamasının əsas səbəbkarı bunun üçün çəkdiyi əziyyətin sonda hədər getməsinə üzülüb: "İndi avqustun 8-də keçiriləcək cavab görüşündə qalib gəlməyə borcluyuq. Əlbəttə ki, ilk matçın nəticəsi rəqib üçün üstünlükdür. Şübhəsiz ki, bizim də şanslarımız var. Amma istənilən halda, məğlubiyyətə görə təəssüflənirik. Bu qədər uzun vaxt müdafiədə oturanda qol buraxmaq ehtimalı böyüyür. Elə təsir edən məqam da odur ki, bu qədər əziyyətdən sonra matçın sonlarında qol buraxırsan".
Qeyd edək ki, "Qarabağ" qələbə qolunu matçın 89-cu dəqiqəsində vurub.
Milli.Az