"AST Telman"ın bazarı muzeyə çevrilir
2 Avqust 2013 13:30
Rusiya prezidenti Vladimir Putin sökülən Çerkizov bazarının yerində muzey və böyük idman mərkəzinin yaradılması ideyasını bəyənib
Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gün dövlət başçısı Moskvadakı ticarət məntəqələrində kriminala qarşı mübarizəyə həsr olunmuş müşavirə keçirib. Moskva merinin vəzifəsini icra edən Sergey Sobyanin müşavirədəki çıxışında keçmiş bazarın ərazisindən istifadə ilə bağlı təkliflərini verib. Onun sözlərinə görə, Çerkizov bazarının yeri moskvalılar üçün nəqliyyat baxımından çox əlverişlidir.
Sergey Sobyanin təklif edib ki, keçmiş bazarın ərazisində sərgi zalı ilə birlikdə muzey, eləcə də, Mərkəzi Ordu İdman Klubunun (ÇSKA) böyük xokkey mərkəzi yaradılsın. Mer vəzifəsinin icraçısı bildirib ki, bazarın yerləşdiyi torpaq federal mərkəzə aiddir və dövlət başçısından bununla bağlı göstəriş verməyi xahiş edib.
Xatırladaq ki, Çerkizov bazarı azərbaycanlı milyarder Telman İsmayılova aid olub.
Milli.Az