"Sehirli xalat"ın baş qəhrəmanları 49 il sonra - FOTO
2 Avqust 2013 13:52
Sovet dövrü uşaqlarının pərəstiş etdikləri "Sehirli xalat" filmi indiki yaşlı və orta nəslin yaxşı yadındadır.
Bu gün də milli teleməkanda məmnuniyyətlə nümayiş etdirilən həmin filmə sevə-sevə baxılır. "Sehirli xalat" filminin baş qəhrəmanlar Rəşid və Zərifə gerçək həyatda kimdirlər?
Modern.az saytının məlumatına görə, bir neçə gün öncə "Trend" agentliyi "Sehirli xalat"ın Rəşidini - Azər Qurbanovu - sovet kinematoqrafiyasının uşaq ulduzunu axtarıb tapmış, ondan müsahibə almışdı. Məlum olub ki, aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır.
Modern.az saytı "Sehirli xalat" filminin digər baş qəhrəmanı - Zərifə obrazının ifaçısı aktrisa Solmaz Hətəmovanın bugünkü fotosunu təqdim edir. "Sehirli xalat" filminin ekran üzü görməsindən düz 49 il sonra Solmaz Hətəmova çox dəyişib, yaşlaşıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

