Milli.Az bildirir ki, Avropa Liqasında "Qarabağ" - "Gefle" (1:0)
oyunundan sonra komandanın yeni forvardı Corc Leroy öz fikirlərini Sportarena.az-la bölüşüb.
"Bu oyun bizim üçün fərqli oyun oldu. Onlar bütün heyətlə müdafiə olunurdular. Bizim çoxlu qol şanslarımız oldu. Əgər onlardan istifadə etsəydik, hesab 3-0 və ya 4-0 ola bilərdi. Amma lazım olan qələbəni qazana bildik. Ancaq hələ heç nə bitməyib, cavab oyunu var. Biz hər şeyi unudub, cavab oyununa köklənməliyik. İnanıram ki, sonda yenə biz güləcəyik".
Milli.Az