Azərbaycanlı müğənninin 15 min manatlıq gəlinliyi - FOTOSESSİYA

2 Avqust 2013 15:24
Müğənni Xatirə İslam suvenir vurğunudur.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni getdiyi hər ölkədən özü üçün maraqlı əşyalar alır.

Sənətçinin ən dəyərli əşyası isə onun üçün xüsusi hazırlanan nərddir. Bu nərdin zərləri qızıldandır, üzərində isə brilliant qaşlar var.

Xatirə toyu üçün tikdirdiyi xüsusi gəlinliyini də saxlayır. Müğənni ona 15 min manata başa gələn bu gəlinliyi ömrü boyu saxlayacağını deyib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.