Masallı rayonu müasir görkəm alacaq - FOTO

2 Avqust 2013 14:23
Azərbaycanın digər bölgələrində olduğu kimi, Masallı rayonunda da aktiv tikinti işləri gedir: inzibati binalar, yollar və digər obyektlər tikilir.

Masallı Rayon İcra Hakimiyyətindən Day.Az saytına bildiriblər ki, Heydər Əliyev mərkəzində və Heydər Əliyev parkında yenidənqurma işləri başa çatmaq üzrədir. Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının inzibati binasının tikintisi tamamlanıb. Yaxın zamanlarda obyekt istifadəyə veriləcək.

Cari ildə boks və taekvondo mərkəzlərinin, Boradigah qəsəbəsində idman kompleksinin açılışı gözlənilir.

Bundan başqa, rayonda 23,8 (Kürdəbaz-Qarxalıq-Seybətin-Səmidxan, Müsaküçə-Lüran, Godman-Lüran) uzunluğunda yolun təmiri də həyata keçirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.