Azərbaycanda azyaşlı uşağı maşın vurdu

2 Avqust 2013 11:44

Ucarda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

APA-nın məlumatına görə, hadisə dünən axşam saat 21:30 radələrində rayon mərkəzindəki Azərbaycan küçəsində qeydə alınıb.

"Lifan" markalı minik maşını yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Ucar rayon sakini Əsgərov Məhəmməd Mətləb oğlunu vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az