Azərbaycan çempionatı başladı: ilk oyun, ilk qollar - YENİLƏNİB

2 Avqust 2013 20:26

Bu gün Topaz Premyer Liqasında yeni mövsümə startı verilib.

Milli.Az Azerisport-a istinadən bildirir ki, ilk dəfə 10 komandanın iştirakı ilə 4 dövrədə baş tutacaq çempionatın açılış günündə bir oyun keçirilib.

Paytaxtda baş tutan oyunda "Bakı" ilə "Qəbələ" qarşılaşıb. İki yeni baş məşqçi - Milinko Pantiçlə Yuri Syominin duelindən kimin qalib ayrılacağı maraqla gözlənilirdi. Görüşdə hesabı oyuna daha yaxşı başlayan meydan sahibləri açıblar. Amma ruhdan düşməyən qonaqlar sonadək mübarizə aparıblar və əzmkar qələbəyə imza atıblar.

Topaz Premyer Liqası

1-ci tur

2 avqust

Bakı - Qəbələ - 1:2 (1:0)

Qollar: M.Kalonas, 11 (1:0), V.Mendi, 61 (1:1), V.Mendi, 81 (1:2)

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.

"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

BAKI: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 24. Georgios Pelagias, 5. Aqil Nəbiyev (k), 6. Vadim Abdullayev, 8. Cavid Hüseynov, 23. Lukas Mario Horvat, 10. Aleksandar Şoliç, 19. Marius Pena, 20. Mindauqas Kalonas.

Ehtiyat oyunçular: 29. Kamran Ağayev, 26. Əziz Quliyev, 31. Vüqar Mustafayev, 17. Risto Ristoviç, 7. Əfran İsmayılov, 22. Namiq Ələsgərov, 21. Elvin Məmmədov.

QƏBƏLƏ: 27. David Petzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 15. Umar Kalaban, 18. İbrahima Niasse, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva.

Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Sadiq Quliyev, 8. Nizami hacıyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 21. Elmar Baxşıyev.
 

Oyundan öncə karyerasını başa vurmuş Ceyhun Sultanovun futbola kiçik vida mərasimi təşkil olunur

Mövsümün ilk oyunu başladı

2. Penanın baş zərbəsi qapıdan aralı keçir

6. Yenə Pena, yenə baş zərbəsi: bu dəfə də dəqiq alınmır

10. "Bakı" oyuna daha yaxşı başlayıb və ardıcıl təhlükəli vəziyyətlər yadadır

11. Meydan sahiblərinin təzyiqi nəhayət ki, qolla nəticələnir. Sağ cinahdan asmanı M.Kalonas başla qapıdan keçirir - 1:0

16. "Qəbələ" oyunda ilk təhlükəli qol vəziyyətini yaratsa da, istəyinə çata bilmir

19. A.Nəbiyev Kamanana qarşı kobud oyuna görə yeni mövsümdə sarı vərəqə alan ilk futbolçu olur

30. Oyun artıq daha çox meydanın mərkəzində keçir

35. "Bakı" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsə də, qapıçı son anda qonaqları qoldan xilas edir

38. Dodonun zərbəsini A.Məmmədov tutur

40. "Bakı"nın korner vuruşu bəhrəsiz qalır

44. Meydan sahiblərinin növbəti kornerindən də qol səsi çıxmır

45. İlk yarıya bir dəqiqə əlavə olunur

Birinci hissə başa çatdı

İkinci hissə başladı

46. Kamananı Afolabi əvəzləyir

47. "Qəbələ"nin kornerdən qol vurmaq istəyi alnımır

52. Ebesilyonun təhlükəli cərimə zərbəsini A.Məmmədov kornerə çıxarır

53. Şoliç əks-hücumda qapıçı ilə üz-üzə qalsa da, yekun zərbəsi dəqiq alınmır

55. Dodonu Mendi əvəzləyir

58. Cərimə zərbəsi sonrası Levinin başla qapıya göndərdiyi top azca yan keçir

61. V.Mendi dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1

89. L.Silva sarı vərəqə ilə cəzalanır

70. C.Hüseynov N.Ələsgərov əvəzləyir

71. Şoliçin cərimə zərbəsi qapıdan azca yan keçir

73. Şoliçin növbəti zərbəsi qapı dirəyindən qayıdır

81. L.Silvanın əla ötürməsini Mendi dəqiq baş zərbəsiylə tora qovuşduru - 1:2

84. A.Şoliçi M.Horvat əvəzləyir

85. V.Abdullayevi R.Ristoviç əvəzləyir

85. E.Məmmədovun cərimə zərbəsi qapıdan yan keçir

90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur

Matç başa çatdı.


--------
19:58


61-ci dəqiqədə V.Mendi dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1

Bakı - Qəbələ - 1:1 (2-ci hissə)

Qollar: M.Kalonas, 11 (1:0), V.Mendi, 61 (1:1)


--------
18:46


Milli.Az xəbər verir ki, Azərbaycan çempionatının bu mövsüm ilk qolu vuruldu.
"Bakı" - "Qəbələ" oyununda ev sahibləri hesabı açıblar. 

 Bakı - Qəbələ - 1:0

---------
18:34


Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə startı verilir. Azerisport.az xəbər verir ki, ilk dəfə 10 komandanın iştirakı ilə 4 dövrədə baş tutacaq çempionatın açılış günündə bir oyun keçiriləcək.
  

Paytaxtda baş tutacaq oyunda "Bakı" ilə "Qəbələ" qarşılaşacaq. İki yeni baş məşqçi - Milinko Pantiçlə Yuri Syominin duelindən kimin qalib ayrılacağı maraqla gözlənilir.

Premyer Liqa

1-ci tur

2 avqust

Bakı - Qəbələ - 0:0 (1-ci hissə)

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.

"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

Oyundan öncə karyerasını başa vurmuş Ceyhun Sultanovun futbola kiçik vida mərasimi təşkil olunur

Mövsümün ilk oyunu başladı

BAKI: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 24. Georgios Pelagias, 5. Aqil Nəbiyev (k), 6. Vadim Abdullayev, 8. Cavid Hüseynov, 23. Lukas Mario Horvat, 10. Aleksandar Şoliç, 19. Marius Pena, 20. Mindauqas Kalonas.

Ehtiyat oyunçular: 29. Kamran Ağayev, 26. Əziz Quliyev, 31. Vüqar Mustafayev, 17. Risto Ristoviç, 7. Əfran İsmayılov, 22. Namiq Ələsgərov, 21. Elvin Məmmədov.

QƏBƏLƏ: 27. David Petzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 15. Umar Kalaban, 18. İbrahima Niasse, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva.

Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Sadiq Quliyev, 8. Nizami hacıyev, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 21. Elmar Baxşıyev.


Turun digər oyunları: 3 avqust ("Simurq" - "Rəvan", "Neftçi" - AZAL), 4 avqust - ("Sumqayıt" - "Xəzər Lənkəran", "İnter" - "Qarabağ")


---------
11:34

Bu gün futbol üzrə Premyer Liqada 2013/14 mövsümünə start veriləcək. Trend-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Açılış matçında "Bakı" klubu doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edəcək. Bu oyunu iki yeni baş məşqçinin "dueli" də adlandırmaq olar. Belə ki, bu gün həm Milinko Pantiç, həm də Yuri Syomin mövsümdə ilk matça çıxacaqlar.

Qeyd edək ki, Premyer Liqada I tura avqustun 4-də keçiriləcək iki oyunla yekun vurulacaq.

2 avqust (cümə)

Premyer Liqa, I turun oyunları

18:30. "Bakı" - "Qəbələ"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

3 avqust (şənbə)

18:30. "Simurq" - "Rəvan"

Qəbələ şəhər stadionu.

20:00. "Neftçi" - AZAL
"Bakcell Arena" stadionu.

4 avqust (bazar)

18:30. "Sumqayıt" - "Xəzər Lənkəran"
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

20:00. "İnter" - "Qarabağ"
"Şəfa" stadionu.

Milli.Az