Aytən Məhərrəmova: "V Qəbələ Beynəlxalq Musiqi Festivalının xarici ölkələrdən olan qonaqları mahnılarımızı heyranlıqla dinlədilər" - VİDEO
2 Avqust 2013 11:51
V Qəbələ Beynəlxalq Musiqi Festivalının xarici ölkələrdən olan qonaqları mahnılarımızı heyranlıqla dinlədilər
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, II Respublika muğam müsabiqəsinin qalibi, "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalının diplomantı Aytən Məhərrəmova AzərTAc-a müsahibəsində demişdir.
Bu gün muğamımızın xarici ölkələrdə yüksək səviyyədə təbliğ olunduğunu deyən Aytən Məhərrəmova gənc xanəndələrin belə möhtəşəm tədbirlərdə iştiraklarına yaradılan şəraitə, muğam sənətinin inkişafına göstərilən böyük dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil edildiyini deyən Aytən Məhərrəmova, avqustun 6-dək davam edəcək bu böyük incəsənət bayramında iştirakından məmnunluğunu dilə gətirmişdir.
Milli.Az