Ağsuda yanacaqdoldurma məntəqəsində yanğın oldu

2 Avqust 2013 10:27
Ağsu rayonu, Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 24 kv.m olan taxta arakəsmələrlə ayrılmış 2 otaqdan ibarət vaqonun yanar hissələri, 1 otağa yığlmış 5 ədəd 10 litrlik yanacaq qabları yanıb.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "KamAZ" markalı avtomobil, həcmi 20 ton olan 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az