"Qarabağ"ın zəfərinə o da baxdı: ən sadiq azarkeş - FOTO

2 Avqust 2013 10:36

Dünən keçirilən "Qarabağ" - "Gefle" oyununda Tofiq Bəhramov stadionunda tribunalar, demək olar ki, tam dolmuşdu

Hər kəs "Qarabağ"a eynilə onun oyunu kimi, möhtəşəm şəkildə dəstək verirdi.

Milli.Az-ın məlumatına görə, azarkeşlərin arasında olan orta yaşlı bir kişi hər kəsin diqqətini öz üzərinə çəkmişdi.

Belə ki, bu kişi fiziki qüsurlu idi və əlil arabasında oturmuşdu, ancaq o, sevimli klubuna elə dəstək olurdu ki, hər kəs onu sevə-sevə izləyirdi.

O, əlindəki dəsmalı göyə qaldırıb, komandasını bütün oyun boyu qələbəyə səslədi. Komandası da onu oyunun sonunda çox sevindirdi.

Xatırladaq ki, oyun "Qarabağ"ın 1:0 qələbəsi ilə bitib.

Elşən İmanov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Elşən İmanov