Kasıblıq ailəyə dərd gətirdi
2 Avqust 2013 10:30
Gənc qız ayaqyoluna gedərkən gördüyü mənzərədən dəhşətə gəlib.
Milli.Az-ın məlumatına görə, Şəmkir rayonunda qız atasının asılmış meyiti ilə rastlaşıb.
Dünən Təzəkənd kənd sakini olan 49 yaşlı Çərkəz Cəfərov yaşadığı evin arxasındakı ayaqyolunda asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.
Şəmkir Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Ç.Cəfərovun ailəsi həddindən artıq yoxsul həyat sürür. Ailə başçısı heç bir yerdə işləmədiyindən imkansız olublar. Bu səbəbdən də ailə üzvlərinin ehtiyac içərisində yaşaması Ç.Cəfərovu sıxırmış. Onun özünü öldürməsinin də bu səbəbdən baş verməsi ehtimal olunur.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az