10:24
UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın evdə İsveç "Gefle"si ilə qarşılaşdığı gündə qitə arenalarında daha 28 oyun keçirilib.
Türkiyə təmsilçilərindən "Trabzonspor" səfərdə Minsk "Dinamo"su ilə üz-üzə gəlib və minimal hesablı qələbəyə sevinib. "Bursaspor" isə "Vojvodina" ilə dueldən heç-heçə ilə ayrılıb.
"İnter"i mübarizədən kənarlaşdıran Norveç "Tromse"si evdə "Differdange" ilə qarşılaşıb və minimal hesabla üstün olub. "Xəzər Lənkəran"ı biabır edən Hayfa "Maccabi"si isə səfərdə "Ventspils"in qonağı olub. Qarşılaşmada qol vurulmayıb. Görünür, hayfalılar "barıtlarının" hamısından Lənkəranda istifadə ediblər.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyunlar)
1 avqust
Trencin (Slovakiya) - Astra (Rumıniya) - 1:3
Qollar: Holubek, 82 - Budesku, 8, Tembo, 49, Fatay, 51.
Dinamo (Belarus) - Trabzonspor (Türkiyə) - 0:1
Qol: Enrike, 41.
Aktobe (Qazaxıstan) - Breidablik (İslandiya) - 1:0
Qol: Xayrullin, 90.
Jablonec (Çexiya) - Stromsgodset (Norveç) - 2:1
Qollar: Pitak, 17, Vosahlik, 90 - Benes, 39-öz qapısına.
Minsk (Belarus) -Saint Johnstone (Şotlandiya) - 0:1
Qol: Maklin, 69.
Ventspils (Latviya) - Maccabi (Hayfa, İsrail) - 0:0
Petrolul (Rumıniya) - Vitesse (Hollandiya) - 1:1
Qollar: Struyik, 84-öz qapısına - Reys, 52-pen.
Chernomorets (Ukrayna) - Crvena Zvezda (Serbiya) - 3:1
Qollar: Riera, 32, Djedje, 38, Antonov, 78 - Saviçeviç, 59.
Randers (Danimarka) - Rubin (Rusiya) - 1:2
Qollar: Borrinq, 61- Torbinski, 12, Rondon, 42.
Jalgiris (Litva) - Lech (Polşa) - 1:0
Qol: Kuklis, 44.
Hacken (İsveç) - Thun (İsveçrə) - 1:2
Qollar: Eriksson, 64 - Zuffi, 33; 63.
Vojvodina (Serbiya) - Bursaspor (Türkiyə) - 2:2
Qollar: Vuliçeviç, 71, Omaru, 81 - Batalya, 36, Tayvo, 90.
Rijeka (Xorvatiya) - Zilina (Slovakiya) - 2:1
Qollar: Şarbini, 3, Kvrziç, 59 - Maytan, 74.
Tromse (Norveç) - Differdange (Lüksemburq) - 1:0
Qol: Ondraşek, 76.
Botev (Bolqarıstan) - Stuttgart (Almaniya) - 1:1
Qollar: Domovçiski, 73 - İbişeviç, 67.
Kukesi (Albaniya) - Metallurg (Donetsk, Ukrayna) - 2:0
Qollar: Malakarne, 6, Malota, 84.
Panduri (Rumıniya) - Hapoel (Təl-Əviv, İsrail) - 1:1
Qollar: Nistor, 4 - Saşa, 21.
Slovan (Çexiya) - Zürich (İsveçrə) - 2:1
Qollar: Rabusiç, 66; 81 - Çimento, 5.
Saint-Etienne (Fransa) - Milsami (Moldova) - 3:0
Qollar: Brandao, 3; 82, Kohade, 21.
Asteras (Yunanıstan) - Rapid (Avstriya) - 1:1
Qollar: Zisopulos, 27 - Boyd, 32.
Xanthi (Yunanıstan) - Standard (Belçika) - 1:2
Qollar: Die, 36 - Bia, 18, Bulot, 74.
Mothervell (Şotlandiya) - Kuban (Rusiya) - 0:2
Qollar: Popov, 52; 78.
Şiroki Brijeg (Bosniya və Hersoqovina) - Udinese (İtaliya) - 1:3
Qollar: Çoriç, 77 - Di Natale, 16, Muriel, 31; 39.
Slask (Polşa) - Brugge (Belçika) - 1:0
Qol: Plaku, 65.
Swansea (İngiltərə) - Malmö (İsveç) - 4:0
Qollar: Miçu, 37, Vilfred, 55; 59, Pozuelo, 86.
Estoril (Portuqaliya) - Hapoel (Ramat Qan, İsrail) - 0:0
Hajduk (Xorvatiya) - Dila (Gürcüstan) - 0:1
Qol: İluridze, 24.
Sevilla (İspaniya) - Mladost (Monteneqro) - 3:0
Qollar: Bakka, 19, Perotti, 82-pen, Karriço, 90.
Milli.Az
---------
12:33
Böyütmək üçün şəkillərə klikləyin.




























