Rusiyalı tələbələr Şəkidə - VİDEO

2 Avqust 2013 11:01
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Rusiyada  keçirilən "Azərbaycan rusiyalı tələbələrin gözü ilə" adlı müsabiqənin qalibləri Azərbaycana gəliblər. Müsabiqənin məqsədi Azərbaycanı rusiyalı gənclərə sevdirmək və onların qəlbində aAzəri sevgisi yaratmaqdır.

Bu müsabiqə əvvəllər yalnız Moskvada keçirilirdirsə, son 3 ildə artıq Rusiyanın bir çox yerlərində keçirilir. Universitet tələbələri arasında qalib gələn şəxslər Azərbaycana gəlmək şansı qazanırlar. Onlar Gəncə şəhəri və Mingəçevirdən sonra bu gün Şəkinin qonağıdırlar. Qonaqlar Şəkinin tarixi abidələri, muzeyləri ilə yaxından tanış olublar.

Onlara Azərbayacanın tarixi ilə bağlı məlumatlar da verilib. Rusiyalı qonaqlar Azərbaycana, xüsusilə də Şəkiyə heyran qaldıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirən xarici qonaqlar Şəkidən sonra İsmayıllı, Şamaxı, Lahıc və Bakıda olacaqlar. Qəbələdən isə Rusiyaya qayıdacaqlar.

Milli.Az