Qusarın sosial-ictimai həyatında mühüm rol oynayan qadınlar bir araya gəldilər - VİDEO

2 Avqust 2013 11:52
Görüşə Qusarın idarə və strukturlarında çalışan, öz peşə və fəaliyyət sahəsində xüsusilə seçilən qadınlar da qatılıblar.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Qusarda rayonun sosial-ictimai həyatında mühüm rol oynayan qadınların iştirakı ilə tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşə Qusarın idarə və strukturlarında çalışan, öz peşə və fəaliyyət sahəsində xüsusilə seçilən qadınlar, o cümlədən YAP rayon təşkilatının üvləri də qatılıblar. Çıxış edənlər bildiriblər ki, respublikamız müstəqillik əldə etdikdən sonra cəmiyyətdə qadınların fəaliyyəti üçün geniş imkanlar yaradılıb, bu sahədə olan manelər aradan qaldırılıb. Tədbir ədəbi-bədii hissə ilə davam edib. Burada balacaların təqdimatında maraqlı şeir və rəqs parçaları nümayiş olunub.

Milli.Az

Videonu izləmək üçün şəkillərə klikləyin.