Neft bahalaşır

2 Avqust 2013 09:38
Avqustun 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,86 dollar və ya 2,7% artaraq 1 barelə görə 107,89 dollar təşkil edib.

APA-nın məlumatına görə, avqustun 1-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,84 dollar və ya 1,7% artaraq 109,54 dollar olub.

Milli.Az