Şəki şəhər icra başçısı səhiyyə işçiləri ilə görüşüb - VİDEO
2 Avqust 2013 09:32
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov səhiyyə işçiləri ilə görüşüb. Şəki MRX-da baş tutan tədbirdə baş həkim Məcid Əliyev son dövrlər rayon səhiyyəsində görülən işlər, əldə olunan uğurlar haqda məlumat verib.
Bildirilib ki, kəndlərdə əhaliyə tibbi xidmətin yüksəldilməsi üçün yeni xəstəxanalar, məntəqələr inşa olunub və artıq istifadəyə hazırdır. Şəkidə yeni Perinatal Mərkəz də əhalinin xidmətinə verilib.
Yeni səhiyyə ocaqlarında çalışan həkimlərin peşəkarlığını artırmaq üçün xaricdə ixtisasartırma kurslarına cəlb olunduqları da vurğulanıb.
Səhiyyə işçiləri üzləşdikləri bəzi çətinliklər barədə şəhər icra başçısına məlumat veriblər. Xəstəxanaya gələn yolun təmiri və giriş qapısının mühafizəsi məsələləri qaldırılıb. Sonda şəhər icra başçısı nümunəvi fəaliyyətinə görə tibb işçilərinə təşəkkür edib və gələcək işlərində onlara uğurlar arzulayıb. Səhiyyə işçiləri də diqqət və qağıya görə icra başçısı Elxan Usubova minnətdarlıqlarını bildiriblər.
Milli.Az
