Berluskoni cəza aldı

2 Avqust 2013 09:05
İtaliyanın Ali Kassasiya Məhkəməsi "Mediaset işi" üzrə birinci və ikinci instansiya məhkəmələrinin Silvio Berluskoni barəsində çıxardığı qərarları qismən qüvvədə saxlayıb.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün İtaliya televiziyası məlumat yayıb.

Məlumata görə, məhkəmə keçmiş baş nazirin dövlət postlarından kənarlaşdırılmasına dair qərarı yenidən baxılması üçün aşağı instansiyaya qaytarıb.

Qeyd edək ki, Berluskoni məhkəmənin qərarı ilə 4  il həbs cəzasına məhkum edilib, lakin amnistiya barədə qanuna əsasən, cəza 1 ilə endiriləcək.

Qeyd olunan instansiyanın hökmü son və qətidir. 

Milli.Az