İranda sərnişin avtobusu çaya düşdü, 12 nəfər boğuldu

2 Avqust 2013 09:01
İranda sərnişin avtobusu Karun çayına düşüb.

APA-nın "Radiofərda"ya  istinadən məlumatına görə, hadisə iyulun 31-də İranın Xuzistan vilayətində Fehdaz şəhərinin yaxınlığında baş verib. Avtobus sərnişinləri Sadat Hüseyn kəndinə daşıyan bərədən Karun çayına düşüb. Nəticədə 12 nəfər boğularaq ölüb. Hadisənin başvermə səbəbləri məlum deyil və rəsmilər məsələ ilə bağlı müxtəlif açıqlamalar veriblər.

Milli.Az