Milyonçuluqdan dilənçiliyə: əfsanəvi futbolçu küçədə yatır - VİDEO - FOTO

2 Avqust 2013 12:01
İngiltərə futbolunun canlı əfsanələrindən biri ilə bağlı xəbər dünən ölkənin milyonlarla azarkeşini şoka salıb.

Sən demə, ölkə yığması və "Arsenal" klubunun sabiq müdafiəçisi, bir zamanlar meydandakı fenomenal oyunu ilə məşhurlaşan Kenni Sensom indi acınacaqlı həyat yaşayır.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, 1980-ci illərdə Sensom "Arsenal"da həftədə 1200 funt-sterlinq maaş alırdı. Bu isə həmin dövr üçün çox böyük məbləğdi.

Sensomun 1 milyon funt-sterlinq dəyərində malikanəsi, iki villası, onlarla lüks avtomobili və yaxtaları, hətta kiçik reaktiv təyyarəsi vardı.

54 yaşlı Kenni Sensom sonradan əyyaşlığa, qumarbazlığa başladı, spirtli içkilərə qurşandı və bir zamanlar milyonçu olan əfsanə dilənçiyə çevrildi.

Sensomun dediyinə görə, indi gündə 6 şüşə şərab içir. Üstəlik, qumar "xəstəsi"dir.

"Şərab bahadır, pul lazımdır. Pulu mənə fanatlarım verirlər. Sağ olsunlar, hələ məni unutmayıblar. Özüm də işləyir, qazanıram. Amma qazandığım pullar bu lənətə gəlmiş içkiyə və qumara gedir. Evlərim, villalarım, maşınlarım - hamısı içki ilə qumara sərf olundu", - Kevin Sensom söyləyib.

Bir müddət böyük bacısının evində yaşayan Sensomu sonradan parklardakı skamyalarda yatan görüblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Fotolar: Mail Online