Çinin cənub-qərbindəki Quyçjou vilayətindəki Anşundakı mağara "ölü məkanı" sayılır.
Milli.Az Mail Online-a istinadən bildirir ki, Anşundakı sıldırım qayalıqlardakı mağaralarda yüz minlərlə tabut var.
Mağaralardan biri yaxınlıqdakı beş kənddə yaşayan Lyu sülaləsinin "ailə qəbristanlığıdır". Həmin mağarada 500-dən artıq çürüyən, dağılan tabut yığılıb.
Yerlilərin rəvayətlərinə görə, Anşun yaxınlığındakı kəndlərdə yaşayanlar əsrlər əvvəl Çinin mərkəzi bölgələrindən qaçaraq dağlıq Quyçjouya pənah gətirmiş adamlardır.
Rəvayətlərdən birində deyilir ki, onlar günlərin birində doğma yerlərinə qayıdacaqlarına ümid etdiklərinə görə ölülərini basdırmır, tabutları mağaralara yığırlar.
Geri qayıdanda özləri ilə apara bilsinlər deyə.
Digər rəvayətə görə, Anşun bölgəsində əsrlərdən bəri sel və daşqınlar adi hal olduğundan, ölü sahibləri tabutları su yuyub aparmasın deyə, mağaralara yığırlar.
O da vurğulanır ki, mağaralara yığılmış tabutlarda çürüyən ölülərin ruhu bu minvalla səmaya qalxır.
Mağaralardakı tabutların hamısı üzüaşağı, tərsinə qoyulub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








