Alt paltarı da siyasiləşdi - FOTO

2 Avqust 2013 11:37
Braziliyanın "Hope" brendi yeni alt paltarı kolleksiyasının reklam kampaniyasında siyasətçilərin obrazlarından istifadə edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, reklam posterlərində ABŞ-ın sabiq prezidenti Corc Buş, Venesuelanın mərhum dövlət başçısı Uqo Çaves, əfsanəvi inqilabçı Ernesto Çe Gevara, ABŞ-ın mərhum prezidenti Ronald Reyqan, Kuba inqilabının lideri Fidel Kastro, Britaniyanın mərhum baş naziri Marqaret Tetçer var.

Onların rəsmləri "Hope"un yeni büstqalterlərini geyinmiş modellərin sinələrinə çəkilib.

"Hope" brendi indiyədək bir neçə qalmaqallı, provokativ reklam kampaniyaları keçirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: Daily Mail