Meteoroloqlar bildirirlər ki, Çində son 140 ildə havanın temperaturu belə yüksək səviyyədə olmamışdı.
"Səmaaltı imperiya"da havaların orta temperaturu indi +42,7 dərəcədir.
Yerli telekanallar yollarda əriyən asfalt örtüyündən, avtomobillərin partlayan şinlərindən, istidən ürəyi gedən insanlardan, günvurmaya məruz qalıb xəstəxanalara düşənlərdən bəhs edir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, ölkənin cənub və şərq bölgələrində həddən artıq isti hava iki həftə də davam edəcək.
Çində istilər o səviyyədədir ki, yollardakı kanalizasiya lyüklarının üzərində krevetkalar qızardılır, inkubatorlar olmadan yumurtalardan cücələr çıxır. Şanxay şəhərinin kənarındakı avtomobil magistralında reklam lövhəsi qəflətən alışaraq yanıb.
Şanxay sakini, 17 yaşlı Y Sialın dediyinə görə, mobil telefonu istidən qızaraq partlayıb.
Çzeszyan vilayətindəki Ninbo şəhərində istidən evlərin pəncərələrində şüşələr çatlayıb.
Ölkənin cənubundakı Hunan vilayətində onlarla evin mətbəxində, soyuducudan kənar saxlanan yumurtalardan cücələr çıxıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





