Azərbaycanda ev yandı, ölən var
2 Avqust 2013 08:55
Salyanda yaşayış evində yanğın olub
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan (hər mərtəbəsi 110 kv.m) ikimərtəbəli 5-otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1981-ci il təvəllüdlü Kərimov Vahid Samit oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az