Kainatın ən sirli yerinin şəkli çəkildi - FOTO
1 Avqust 2013 19:47
Yaponiyalı alimər Andromeda dumanlığının ən təfərrüatlı şəkilini çəkiblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun üçün "Subaru" teleskopuna yüksək dəqiqlikli HSC kamerası qoşulub. Həmin kadrda qalaktika tam olaraq görünür.
"HSC kamerasının ilk kadrları, doğrudan da, heyrətamizdir. Artıq biz qalaktikaların çoxdan gözlənilən təfərrüatlarını və genişlənməkdə olan kainatın tarixini, inkişafını və gələcək taleyini öyrənə bilərik", - HSC layihəsinin rəhbəri Masaxiro Takada deyib.
Qeyd edək ki, çəkisi 3 ton, hündürlüyü isə 3 metr olan Hyper Suprime-Cam (HSC) kamerası 8 metrlik "Subaru" teleskopunda hələ 2012-ci ildə quraşdırılıb və test mərhələsindən keçib. Bu qurğunun əsas elementi 116 yüksək hissiyyatlı PZS matrisidir. Həmin matris sayəsində 870 milyon piksellik şəkillər çəkmək mümkündür.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

